reklam
» » Qızını öldürən ata məhkəməyə şikayət etdi — Yüngül həyat tərzi keçirirmiş

reklam

Qızını öldürən ata məhkəməyə şikayət etdi — Yüngül həyat tərzi keçirirmiş


Bakıda qızını yüngül həyat tərzi keçirdiyi üçün qətlə yetirməkdə təqsirləndirilən İlqar Qurbanov Apellyasiya Məhkəməsinə müraciət edib.
Regionxeberleri.com "Ölkə.Az"-a istinadən xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Əflatun Qasımovun sədrliyi ilə sentyabr ayının 6-da keçiriləcək.

Qeyd edək ki, Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun 20 yanvar stansiyasının yaxınlığında qızı 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub. İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o qızının əxlaqsız həyat tərzini əsas göstərib. Buna görə də, İ.Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib. Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən İlqar Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib.


Paylaş:


Müəllif : Tarix:
2-09-2019, 16:47
  


loading...
Загрузка...