reklam
» » Hacıqabuldakı ağır qəzada yaralanan 8 nəfərin kimliyi bilindi - ADLAR

reklam

Hacıqabuldakı ağır qəzada yaralanan 8 nəfərin kimliyi bilindi - ADLAR


Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.

Regionxeberleri.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Muğanla Xilə kəndi arasından keçən hissəsində qeydə alınıb.

Şahidlərin dediyinə görə, mikroavtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfər xəsarət alıb. Hadisə yerinə Şirvan və Hacıqabul "təcili yardım" maşınları cəlb olunub. Yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyəti də artıq məlumdur.

Bunlar Yevlax rayon sakinləri - 1983-cü il təvəllüdlü Şərifova Cəmilə Tehran qızı, 2002-ci il təvəllüdlü Məmmədli Aytac İlham oğlu, 1974-cü il təvəllüdlü Əliyev Ceyhun Tariyel oğlu, 2005-ci il təvəllüdlü Məmmədli Yasin İlham oğlu, 1999-cu il təvəllüdlü Əbdürrəhmanova Nərmin Taleh qızı, 1967-ci il təvəllüdlü Əliyeva Rəsmiyyə Mustafa qızı, 1976-cı il təvəllüdlü İbadov Qəni Mehman oğlu və 1947-ci il təvəllüdlü Hidayətova Qahirə Bəhrəm qızıdır.

Xasrət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

(report)


Paylaş:


Müəllif : Tarix:
23-08-2019, 09:45
  


loading...
Загрузка...