reklam
» » Hindistanlı oğrular Bakını talan edir - VİDEO

reklam

Hindistanlı oğrular Bakını talan edir - VİDEO



Bakıda hindistanlı dələduzlar peyda olub.

Regionxeberleri.com BakuPost-a istinadən xəbər verir ki, ata və oğul pul xırdalamaq bəhanəsilə mağazalara daxil olaraq oğurluq edirlər. Onlar oğurluq planlarını maraqlı ssenari üzrə həyata keçirir. Mağazaya daxil olaraq əvvəlcə guya, dollar xırdalamaq istəyirlər. Bu alınmadıqda 100 manatlıq əskinası xırdalamağı xahiş edirlər. Milli valyutanı sayarkən xüsusi üsulla, pullardan bir neçəsini əlinin içərisində gizlədib oğurlayırlar. Bu işi əsasən ata oğru həyata keçirir. Oğlunun işi isə mağazanın digər işçilərinin başını qatmaq olur. Çünki Atanın "foksunu” kassadakı şəxs görməsə də, kənardakılar hiss edə bilər.

Onların əsas fəaliyyət ünvanı "Sədərək" və Binə Ticarət Mərkəzləridir.

BakuPost-un məlumatına görə ata və oğul son bir həftə ərzində ticarət mərkəzidə artıq 6-7 mağazanı soymağa müvəffəq olublar.

Son oğurluq hadisələri isə kameralara düşüb. Həmin görüntüləri təqdim edirik:



Paylaş:


Müəllif : Tarix:
16-08-2019, 12:27
  


loading...
Загрузка...