reklam
» » Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - ŞİKAYƏT DASTANI...

reklam

Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - ŞİKAYƏT DASTANI...


Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

Çox hörmətli prezident!

Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisə daxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/heyder_liyevin_abidesini_ucaldan_memarin_evi_l_keirilib_-_xiii_hiss)

Qarşılıqlı iddia üzrə iddiaçılar Musayeva Natəvan Əhəd qızının, Musayev İsa Vahid oğlunun qarşılıqlı iddia üzrə cavabdehlər Məmmədov Elxan Məmməd oğluna, "Memar-3 MTK-ya, Məmmədov Tofiq Yaqub oğluna. üçüncü şəxslər Azərbaycan Respublıkası Əmlak Məsələlərı Dövlət komitəsı yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Bakı şəhəri Dövlət Notariat kontoruna qarşı "‘protokol və qərarın etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinın və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə" qarşılıqlı iddia ərizəsi təmin edilməsin” kimi baxılaraq qiymətləndirilmişdir.

Həmin qətnamədən verdiyimiz 1-ci Apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolelgiyasının iş №2(103)-5480/2015 saylı, 02 noyabr 2015-ci il tarixli qətnamə ilə “Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən verilən Apellyasiya şikayəti təmin edilməsin və hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın” kimi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1-ci Apellyasiya baxışı üzrə çıxarmış olduğu iş №2(103)-5480/2015 saylı, 02 noyabr 2015-ci il tarixli Qətnamədən verdiyimiz Kassasiya şikayəti əsasında Ali Məhkəmə Mülki Kolelgiyasının (hakim-sədr, möhtərəm T,Qoldman, hakimlər Ə.Rüstəmov, və İ.Dəmirovdan ibarət tərkibdə) iş №2(102) 1523/2016 saylı, 26 may 20 16-cı il tarixli Qərarla “Cavabdehlər Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlunun Kassasiya şikayəti qismən təmin edilsin.

Bakı Apellyasiya Məhkəməsi Mülki Kolelgiyasının 2(103)-5480/2015 saylı, 02 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyyasiya Məhkəməsinə göndərilsin” kimi qiymətləndirilmişdir.

Mülki işin Apellyasiya şikayətinin baxışı üzrə 2-ci dəfə araşdırlması Bakı Apellyasiya Məhkəməsi Mülki Kolelgiyasının hakimləri möhtərəm –sədr: E.Nəbiyev, Hakimlər S.Hacıyev və R.Qurbanovdan ibarət tərkibin icraatına verilmişdir.

Bakı Apellyasiya Məhkəməsində həmin kollegiyanın iş iş №2(103)-6309/2016 saylı, 25 iyul 2016-cı il tarixli Qətnamə ilə “Apellyasiya şikayəti təmin dilməsin. Hazırki iş üzrə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın” kimi qiymətlnədirilmişdir.

Qanunla qorunan, hüquq və maraqlarımızı pozan həmin Qətnamədən tərəfimizdən (Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu olaraq, qarşılıqlı iddiaçılar) verilən Kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakim-sədr,möhtərəm Q.Əsgərov və hakimlər: Ə.Əhmədov və İ.Hacıqayıbovdan ibarət tərkibdə) iş №2(102)-902/2017 saylı, 15 mart 2017-ci il tarixli Qərarla “Musayeva Natəvan Əhəd qızının və Musayev İsa Vahid oğlunun Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyaisya Məhkəməsinin Mülki Kollgiyasının 25 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilsin”kimi Qərara alınmışdır.

İş yenidən 3-cü dəfə Apellyasiya şikayəti üzrə baxılması üçün Ali məhkəmə tərəfindən 12 aprel 2017-ci il tarixdən Bakı Apellyasiya Məhkəməsi instansiyasına göndərilmiş və burada icraatı dayandırlmadan və ona müddət verilmədən Azərbaycan Respublikası MPM-nin 368.32 maddəsinin tələbləri kobud şəkildə pozularaq 06 oktyabr 2017-ci il tarixdə Qətnamə elan olunmaqla yekunılaşdırlmışdır.

Mübahisələndirilən Apellyasiya şikayətinin 3-cü baxışı üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakim-sədr,möhtərəm: E,Həsənov, hakimlər X.Mərdanova və İ.Vəliyevdən ibarət tərkibdə) iş №2(103)-5791/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli Qətnamə ilə “Musayeva Natəvan Əhəd qızının və Musayev İsa Vahid oğlunun birgə verdikləri Apellyasiya şikayəti təmin dilməsin. Bakı şəhəri Yasamal rayon Məhkməsinin 2(004)-145/2015 saylı iş üzrə 15 aprel 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddianın qismən təmin edilərək, Musayeva natəvan Əhəd qızı və Musayev İsa vahid oğlunun Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 468-472-ci məhəllə, ev -127, 37 saylı mənzildən çıxarılmaları və həmin mənzilin Məmmədov Elxan Məmməd oğlunun istifadəinə verilməsi, habelə qarşılıqlı iddia tələblərinin təmin edilməməsi ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyaisya şikaətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid olunsun” kimi qət edilmişdir.

Həmin Qətnamədən verdiyimiz Kassasiya ikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakim-sədr, möhtərəm Nurməmmədov Əhməd Güləhməd oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə) iş №2(102)-1200/2018 saylı, 27 fevral 2018-ci il tarixli Qərarla “Musayeva Natəvan Əhədqızı və Musayev İsa Vahid oğlunun Kassasiya şikayəti təmin edilsin.

“Bakı Apellyasiya Məhkəməsi mülki Kollegiyasının 2(103)-5791/2017 nömrəli iş üzrə 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin” kimi baxılaraq Qərara alınmışdır.

Mübahisə predmeti barədə ilkin iddianın qismən qəbuluna, qarşılıqlı iddia tələblərinin isə rədd olunmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim-sədr, möhtərəm A.Məmmədov) iş 2(004)-145/15 saylı, 15 aprel 2015-ci il tarixli Qətnamədən tərəfimizdən verilən Apellyasiya şikayətinin 4-cü Apellyasiya baxışı üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolelgiyasının (hakim-sədr, möhtərəm: Eyvazov Rafael Əmir oğlu, Kazımov Elşən Cələləddin oğlu və Talışinski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə) iş 2(103)-5519/2018 saylı, 10 iyul 2018-ci il tarixli Qətnamə ilə “Apellyasiya şikayəti qismən təmi olunsun. Bakı şəhəri Yasamal rayon Məgkəməsinin 15 aprel 2015-ci il tarixli qətnaməsi ləğv olunsun iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia təmin olunmasın, qarşılıqlı iddia qismən təmin olunsun.

Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 468-472-ci məhəllə, 127 sayləı mənzilə dair Məmmədov Tofiq Yaqub oğlunun “Memar-3” MTK-ya qəbul olunması və Musayev Vahid İsa oğlunun kooperativdən azad edilməsi barədə “Memar-3” MTK-nin 09 iyul 2009-cu il tarixli, 06 saylı iclas protokolu və qərarı ləğv olunsun, həmçinin “Memar-3” MTK ilə Məmmədov Tofq Yaqub oğlu arasında həmin mənzilə dair bağlanmış 09 iyul 2009-cu il tarixli müqavilə etibarsız sayılsın. Həmin mənzilin Məmmədov Tofiq Yaqub oğlunun adına özəlləşdirilərəl,ona dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestr Xidmətinin Bakışəhəri Ərazi İdarəsindən verilmiş reyestr nömrəsi 01101100014605301-93036, qeydiyyat nömrəsi 1112008191; seriya MA 0353181 olan, 22.02.2012-ci il tarixli çıxarış ləğv edilsin.

Məmmədov Tofiq Yaqub oğlu ilə Məmmədov Elxan Məmməd oğlu arasında baağlanmış 31yanvar 2013-cü il tarixli AN-0333321 seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız sayılsın və onun əsasında Məmmədov Elxan Məmməd oğlunun aadına Daşınmaz Əmlakın Dövlət Reyestri Xdməti Bakışəhər Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi 011011000146 05301-093036, qeydiyyat nömrəsi 1113009995., seriya RX 011431 nömrəli 02.02.2013-cü il tarixli vçıxarış ləğv edilsin” kimi baxılaraq Qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsində Yasamal rayon Məhkəməsinin iş2(004)-145/2015 saylı, 15 aprel 2015-ci il tarixli ilkin Qətnamədən Apellyasiya şikayətinin 4-cü baxışı üzrə çıxarılmış 10iyul 2018-ci il tarixli, [iş2(103)-5519/2018 saylı] Qətnamə rəsmi qaydada,Məhkəmənin inzibati binasında, 06.11.2018-ci il tarixdə qəbzə imza olunmaqla tərəfimizdən alınmışdır.

Hazırda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının4-cü Apellyasiya şikayəti baxışı üzrə lkin iddia tələblərinin rədd olunması və Qarşıqlı iddia tələblərinin (protokol, çıxarış və qərarın etibarsızlığının təmin edilməməsi istisna olaraq) təmin olunmasına dair apardığı əsaslandırma hüquq tətbiq etmə, əlaqəli və müqayisəli şərh və işin halına uyğun gəlinən nəticə və qiymətləndirmə ilə tam və bütünlüklə razılaşırıq.

Hesab edirik ki, mövbəti dəfə qaldırılan, 2013-cü ildən məhkəmə icraatında olan və bir gündə icraatı dayandırılmadan davam etdirilən mübahisənin nəhayət ki, 4-cü apellyasiya şikayət baxışı üzrə predmetin əsil mahiyətinə dair qanunvericiliyə uyğun obyektiv qiymətləndirmə aparılmış, yalnız,qarşılıqlı iddia tələbinin 1-də, protokol, çıxarış və Qərarın (06 saylı, 09 iyul 2009-cu il tarixli) etibarsız sayılmasından imtina olunan hissədə, subyektiv baxışlarla yanaşılma sbəbindən son qiymətləndirmə anında ondan uzaqlaşaraq təmin edilməmişdir.

Əslində isə Bakı Apellyasiya Məhkəməsi Mülki KollegiyasıYsamal rayon Məhkəməsinin iş 2(009)-145/2015 saylı, 15 aprel 2015-ci il tarixli ilkin Qətnamənin 4-cü Apellyasiya şikayət baxışı üzrə qəbul etdiyi Qətnamədə hüquqi cəhətdən bu tələbində araşdırılması və əsaslandırılması məhkəmə kollegiyası tərəfindən aparılsa da, qiymətləndirmədə ləğvlə yanaşı, etibarsız sayılması unudulmuş,ancaq ləğv edilməsi nəticəsi ilə kifayətlənmişlər.

Biz hesab edirik ki, Qətnamədə həmin hissədə kifayət qədər obyektiv hüquqtətbiq etmə imkanları daxilində araşdırma aparıldığından, Məhkəmə kollegiyasının, həmin tələbin “etibarsız” sayılmaması nəticəsinə gəlməyərək onu Qət etməkdən kənarda saxlaması maddi və prosessual qanunvericilik baxımından düzgün deyil və o, həmin hissədən Kassasiya şikayəti verilməklə Ali Məhkəmə Mülki Kolelgiyasında işə baxaraq yeni Qərarla təmin olunmalıdır.

Tərəfimizdən hazırda qarşılıqlı iddia tələbinin protokol və Qərarın etibarsız sayılması hissəsinin təmin olunmamasından Kassasiya şikayəti vrilən 10 iyul 2018-ci il tarixli (iş 2(103)-5519/2018 saylı) Qətnamənin hüquqi məsələlər bölümünün 6-7-ci vərəqində hərtərəfli baxılaraq, araşdırılmış iş üzrə hüquq mənbələri işin halına uyğun düzgün tətbiq və şərh edilməsinə baxmayaraq, yalnız etibarsız sayılma hissəsindən yan keçilmişdir. Əslində isə işin halına uyğun qeyd edilən tələb yekunda həmin hissədə də, ləğvlə yanaşı etibarsız sayılmalı idi.

Bu qeyd edilən hüquqtətbiqetmə imkanları da bundan öncə, Apellyasiya şikayətlərinin (3 dəfə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasında 3 dəfə baxılaraq ləğv olunub yeni Apellyasiya baxışına qaytarılmasına dair Ali Məhkəmə Mülki Kolelgiyasının 26 may 2016-cı il tarixli(iş№2(102)-1523/2016 saylı), 15 mart 2017-ci il tarixli (iş2(102)-902/2017 saylı) və 27 fevral 2018-ci il tarixli, (iş 2(102)-1200/2018 saylı) Kassasiya şikayətinin təmin olunmasına dair Qərarlarında Azərbaycan Respublikası MPM-nin 420-ci maddələrinə uyğun hüquqtətbietmə ilə əsaslandırılaraq göstərilmişdir.

Hesab edirik ki,bütün bu ali göstərişlərə istinadən, 4-cü Apellyasiya şikayət baxışını həyata keçirən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasl Qətnamə qəbul edərkən (10 iyul 2018-ci il tarixli, iş2(102)-5519/2018 saylı) “Memar-3” MTK üzvlərinin ümumi iclasıının 06 saylı, 09 iyul 2009-cu il tarixli protokol, çıxarış və Qərarını təkcə ləğv yox, eyni zamanda iddia tələbinin həmin hissədə də etibarsız sayılmasına dair qiymətləndirmə apararaq onu təmin etməli idi.

Bununla yanaşı hazırki mübahisədə qarşılıqlı iddia cavabdeh “Memar-3” MTK-i və digər iştirakçılar “Memar-3” MTK-də 127 nömrəli binada 37 nömrəli pay hüququ ilə tikdirdiyimiz 3 otaqlı ümumi sahəsi 132,5kv.m olan mənzil barədə aramızda olan məhkəmə mübahisələri üzrə 2008-ci ildən, 2012-ci ilədək bundan öncə (22 iyun 2012-ci il tarixədək) Azərbaycan Respublikasının bütün instansiyalarda işlərə baxılaraq qiymətləndirməklə aparılmış, həmin Qətnamə və Qərarlar artıq qanuni qüvvəyə minərək məcburilik yaratmışdır.

(Ardı var)


Paylaş:


Müəllif : Tarix:
15-08-2019, 18:11
  


loading...
Загрузка...