reklam
» » “Sibiryak” ləqəbli narkotacir saxlanıldı

reklam

“Sibiryak” ləqəbli narkotacir saxlanıldı


Hacıqabulda “Sibiryak” ləqəbli narkotacir saxlanılıb.

 Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Səmədov Vüqar İlqar oğlu şübhəli şəxs qismində saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 31 bükümdə heroin aşkar edilərək götürülüb. Əməliyyatın davamı olaraq saxlanılan şəxsin yaşadığı M.F.Axundov küçəsi 43 ünvanında kultivasiya yolu ilə əkilib-becərilən çətənə kolları da aşkar edilib.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
10-08-2019, 16:19
  


loading...
Загрузка...