reklam
» » Əsrikdə faciə: istirahətə gedən gənc qayadan yıxıldı

reklam

Əsrikdə faciə: istirahətə gedən gənc qayadan yıxıldı

Tovuzun Cırdaxan kəndi ərazisində yerləşən Əsrik dərəsindəki istirahət mərkəzlərindən birində faciə baş verib.

Regionxeberleri.com-un Oxu.Az-ın bölgə müxbirinə istinadən məlumatına görə, Əsrikdə istirahət edən Tovuz rayon sakini, 1991-ci il təvəllüdlü İmanov Səbuhi Mübariz oğlu yüksək qayadan yıxılıb.

Əraziyə cəlb olunmuş FHN-nin xilasediciləri yaralını çıxarmağa müvəffəq olublar.

Zərərçəkmiş təcili olaraq xəstəxanaya aparılıb.

Bədəninin bir neçə yerində qırıqlar olan yaralıya ilkin tibbi yardım göstərilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.


Paylaş:


Müəllif : Tarix:
20-07-2019, 09:56
  


loading...
Загрузка...