reklam
» » Dənizdə boğulub "ölən" gənc ayıldı - VİDEO

reklam

Dənizdə boğulub "ölən" gənc ayıldı - VİDEO


Abşeron rayonunun Məmmədli kəndindən olan gənclərin dənizdə çimmək arzusu faciə ilə nəticələnib.

Regionxeberleri.com-un BakuPost-a istinadən məlumatına görə, dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. İki nəfər isə boğulub.

Ancaq boğulduğu bildirilən gənclərdən biri 3 saylı şəhər klinik xəstəxanada oyanıb. Hələlik adı açıqlanmayan gəncin həkimlərin müdaxiləsi nəticəsində ölümdən döndüyü qeyd edilir.

2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasov isə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edilir ki, S.Abbasov Qarabağ qazisi Vüqar Abbasovun oğludur və o, evin tək oğlu olub. S.Abbasov bu il orta məktəbi bitirib.



Paylaş:


Müəllif : Tarix:
20-07-2019, 09:32
  


loading...
Загрузка...