reklam
» » Bakıda kriminal avtoriteti güllələyənlər belə saxlanıldı - VİDEO

reklam

Bakıda kriminal avtoriteti güllələyənlər belə saxlanıldı - VİDEO

Bakıda kriminal avtoritet Mübariz Budaqlını qətlə yetirən şəxslərin saxlanılma anının görüntüləri yayılıb.

Video “Instagram” sosial şəbəkəsində paylaşılıb.

Xatırladaq ki, iyunun 7-də Rəsulzadə qəsəbəsi ərazisində, “Favorit” supermarketinin yanında 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid “Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib.

Qətli törədən T.Cəlalov və S.Hüseynov 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.
[media=https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g]




Paylaş:


Müəllif : Tarix:
17-07-2019, 15:52
  


loading...
Загрузка...