reklam
» » Kürdəmirdə maşın yanaraq külə döndü - Fotolar

reklam

Kürdəmirdə maşın yanaraq külə döndü - Fotolar


Kürdəmirdə vətəndaşa məxsus avtomobil və qarajı yanıb.
Hadisə rayonun Ərşəli kəndində qeydə alınıb. Belə ki, Ərşəli kənd sakini 23 yaşlı İsgəndərov Niyaməddin Adil oğlu atası İsgəndərov Adil Paşa oğluna məxsus "VAZ 21011" markalı avtomaşını həyətdə yuduqdan sonra yardımçı tikilinin altında saxlayıb.
Gecə saat 2 radələrində ev sakinləri avtomobilin və qarajın yandığını görüblər. Qonşuların köməkliyi ilə yanğını söndürüblər. Alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınsa da, avtomobil külə dünüb.
Hadisə yerinə Kürdəmir RPŞ-nin əməkdaşları dəvət olunub və olay yerinə baxış keçirilib. Hadisənin hansı səbəbdən baş verməsi ekspertin rəyindən sonra məlum olacaq.
Ev sahibləri iddia edirlər ki, maşını və qarajı qəsdən yandırıblar, çünki onlar hər hansı qəzanın baş verməməsi üçün əvvəldən akkumlyatoru ayırıblar.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.
Rəşad Türkoğlu




 



Paylaş:


Müəllif : Tarix:
1-03-2019, 20:09
  


loading...
Загрузка...