reklam
» » Avropa məhkəməsi Azərbaycanı cərimələdi

reklam

Avropa məhkəməsi Azərbaycanı cərimələdi

İyulun 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş üç şikayət üzrə qərarını açıqlayıb.

Regionxeberleri.com BakuPost-a istinadən xəbər verir ki, məlumatı hüquqşünas Xalid Ağalıyev yayıb. Şikayətçilər İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinlidir. Onlar 2010-cu ilin parlament seçkisi zamanı deputatlığa namizəd olublar (Bakı, Sumqayıt şəhərlərindən və İmişli rayonundan), amma seçkidə iştiraka gec buraxılıblar.

Seçki komissiyaları onların namizədlik üçün topladıqları imzaları saxta hesab edib. İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinli məhkəməyə üz tutublar.

Məhkəmə onların iddialarını təmin edərək seçkiyə qatılmalarına razılıq verib. Ancaq namizədlik sənədi seçki gününə bir neçə gün qalmış təqdim edildiyindən kampaniya apara bilməyiblər. Onların iddialı olduqları seçki dairələrində səsvermənin başqa tarixə keçirilməsi tələbləri isə rədd olunub. Şikayətçilər deputat seçilə bilməyiblər.
Avropa Məhkəməsi İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinlinin hər birinin seçki hüququnun pozulduğu qənaətinə gəlib. Məhkəmənin qərarına əsasən, Azərbaycan hökuməti şikayətçilərin hər birinə 7500 avro məbləğində təzminat verməlidir.

Bundan başqa İxtiyar Abdalovun vəkilinə 1400, İbrahim Əhmədzadə və Tariyel Şirinlinin vəkillərinin hər birinə isə 2200 avro ödənməlidir.


Paylaş:


Müəllif : Tarix:
12-07-2019, 09:25
  


loading...
Загрузка...