reklam
» » Türkiyədə metro deposu çökdü - Dağıntılar altında qalanlar var

reklam

Türkiyədə metro deposu çökdü - Dağıntılar altında qalanlar var


İzmirdə metropolitenin tikintisi davam edən depoda çökmə olub.

Regionxeberleri.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə zamanı iki işçi dağıntılar altında qalıb. Onların xilas edilməsi istiqamətində əməliyyata başlanılıb.

Gecə saatlarında baş verən qəzadan səhər işçilər xəbər tutub. Bildirilir ki, ərazidə yağıntılı hava şəraitinin təsiri ilə deponun altından keçən su boru xətti partlayıb. Lakin dəqiq səbəblər araşdırılır.

Çökmənin genişlənməsi ehtimal edilir.

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb olunub. Qeyd edək ki, depo son zamanlar artırılan vaqonların saxlanılması üçün tikilirdi. İki mərtəbəli yeraltı parkinq eyni anda 115 vaqonun saxlanılması üçün nəzərdə tutulmuşdu.


Paylaş:


Müəllif : Tarix:
13-03-2019, 14:25
  


loading...
Загрузка...