reklam
» » Penitensiar xidmət və polis tərəfindən birgə ƏMƏLİYYAT - məhkumun gizlətdiyi silah və güllələr aşkarlandı

reklam

Penitensiar xidmət və polis tərəfindən birgə ƏMƏLİYYAT - məhkumun gizlətdiyi silah və güllələr aşkarlandı


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Regionxeberleri.com-un Trend-ə istinadən məlumatına görə, Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Baş Cinayət-axtarış idarəsinin və Abşeron RPİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mustafayev Kamran Muradəli oğlu Abşeron rayonu Gənclər şəhərciyi yaşayış kompleksində blokun giriş hissəsində gizlətdiyi 1 ədəd lüləsi kəsilmiş ov tüfəngini, 17 ədəd 20 kalibrli gülləni və 1 ədəd süngü bıçağı könüllü olaraq təhvil vermişdir.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
24-06-2019, 15:47
  


loading...
Загрузка...