reklam
» » Kürdə batan yeniyetmə qardaşlardan ikisinin də meyiti tapılıb - YENİLƏNİB

reklam

Kürdə batan yeniyetmə qardaşlardan ikisinin də meyiti tapılıb - YENİLƏNİB


Salyan rayonunun Aşağı Noxudlu kəndində Kür çayında batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun axtarışları başa çatıb.
Regionxeberleri.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, R.Sadıqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***
09.39
Salyanda Kür çayında batan qardaşlardan birinin meyiti tapılaraq sudan çıxarılıb.
APA -nın Mil-Muğan bürosunun məlumatına görə, iyunun 21-də günorta saatlarında Salyan rayonunun Aşağı Noxudlu kənd sakinləri - 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlu və 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlu Kür çayında çimərkən boğulublar.
FHN-nin dalğıc-xilasedicilərinin apardığı axtarışlar nəticəsində bu gün səhər saatlarında 16 yaşlı Rəvan Sadıqovun meyiti batdığı yerdən 5 km aralıda aşkarlanaraq, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Digər qardaşın da axtarışları davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
22-06-2019, 17:31
  


loading...
Загрузка...