reklam
» » Gəncədə ruhi xəstə yaşadığı evi yandırıb

reklam

Gəncədə ruhi xəstə yaşadığı evi yandırıb


Gəncədə yanğın hadisəsi baş verib.

Hadisə Gülüstan qəsəbəsində, Kəlbəcərdən olan məcburi köçkün Köçəri Ağalarovun evində qeydə alınıb. Əraziyə Gəncə şəhər Nizami rayonu və Göygöl Rayon Dövlət Yanğından Mühafizə hissələrindən 4 yanğınsöndürmə avtomobili və canlı qüvvə cəlb olunub.

Sahəsi 110 kv.m olan 4 otaqlı tikilinin bir otağının tavanının 10 kv.m-lik sahəsi və içəridəki əşyaları yanıb. Alovun başqa tikililərə keçməsinin qarşısı alınıb.
Yanğını ev sahibinin ruhi əsəb xəstəsi olan oğlu Ceyhun Ağalarov tərəfindən törədildiyi ehtimal edilir.

Hadisə zamanı həyəcanlanan ev sahibəsi Fatma Əşrəfovaya tibbi yardım göstərilib.


Paylaş:


Müəllif : Tarix:
17-06-2019, 21:35
  


loading...
Загрузка...