reklam
» » Maşın 2 şagirdi vurub, birinin üstündən keçdi - Azərbaycanda DƏHŞƏT

reklam

Maşın 2 şagirdi vurub, birinin üstündən keçdi - Azərbaycanda DƏHŞƏT


Xırdalan şəhərində 2 saylı orta məktəbin həyətində dəhşətli hadisə baş verib.

Bu barədə hadisə şahidləri məlumat veriblər. Bildirilib ki, “Hyundai-Azero” markalı avtomobil məktəbin girişində məktəbliləri əzib. Bildirilir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Maşın onlardan ikisini vurub, birinin isə üstündən keçib.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı məktəblilər xəstəxanaya yerləşdiriliblər.

Məsələ ilə əlaqədar 2 saylı orta məktəblə əlaqə saxladıq. Məktəbdən BAKU.WS-ə bildirdilər ki, hadisə nəticəsində məktəbin bir şagirdi yaralanıb.

Hadisə haqqında əlavə məlumat verəcəyik.



Paylaş:


Müəllif : Tarix:
13-06-2019, 13:49
  


loading...
Загрузка...