reklam
» » Külək Göyçayda 5 mərtəbəli yaşayış binasının dam örtüyünü atıb

reklam

Külək Göyçayda 5 mərtəbəli yaşayış binasının dam örtüyünü atıb


Ölkə ərazisində baş verən külək nəticəsində Göyçay rayonuna dəymiş ziyan müəyyənləşib.

Regionxeberleri.com bildirir ki, bu barədə Trend-ə Göyçay rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev deyib.

Komissiya sədri bildirib ki, hadisə nəticəsində külək onlarla ağacı qırıb:

"Rayon ərazisində olan 5 mətrəbəli yaşayış binasının 2800 kvadratmetrlik dam örtüyünü atıb. Bununla yanaşı, külək 900 metrlik elektrik xəttini, 1 transformatoru, 3000 metr kabel xətlərini, elektrik dirəklərini yararsız vəziyyətə salıb. İki irigövdəli ağac kökündən qırılaraq rayon ərazisindəki 1 çardaq və bir avtomobil qarajının üzərinə düşərək yararsız vəziyyətə salıb.


Paylaş:


Müəllif : Tarix:
21-05-2019, 09:46
  


loading...
Загрузка...