reklam
» » Bakıda 40 min manatlıq qadın ayaqqabısı oğurlandı

reklam

Bakıda 40 min manatlıq qadın ayaqqabısı oğurlandı

 Bakıda 40 min manat dəyərində qadın ayaqqabısı oğurlanıb.

Regionxeberleri.com bildirir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat daxil olub.

Bildirilib ki, mayın 13-də Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40 min manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov müəyyən edilərək saxlanılıb.



Paylaş:


Müəllif : Tarix:
15-05-2019, 12:25
  


loading...
Загрузка...