reklam
» » Astarada torpaq sürüşməsi baş verdi, 3 ev tam qəzalı vəziyyətə düşdü

reklam

Astarada torpaq sürüşməsi baş verdi, 3 ev tam qəzalı vəziyyətə düşdü


Astara rayonunda baş verən torpaq sürüşməsi nəticəsində 3 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb.

Regionxeberleri.com bildirir ki, bu barədə Trend-ə Astara rayon İcra Hakimiyyətinin baş memarı Balacan Həbibov məlumat verib.

Onun sözlərinə görə, sürüşmə əsasən dağlıq və dağətəyi kəndlərdə müşahidə olunub:

"Sürüşmə nəticəsində rayonun Kijəbə qəsəbəsində həm yol sürüşüb, həm də fərdi təsərrüfatlara ziyan dəyib, evlərdə çatlar əmələ gəlib. Hadisə nəticəsində Kijəbə qəsəbəsi və Siyaku kəndinin hər birində 1 ev tam qəzalı vəziyyətə düşüb. Həmin ailələr müvəqqəti olaraq qohumlarının evinə köçürülüb. Daha sonra onların müvəqqəti məskunlaşması üçün çadırlar sifariş vermişik. Asxanakəran, Pəlikəş, Hamoşam, Təngərud, Şüvi kəndlərində də torpaq sürüşməsi baş verib. Bu gün daha bir evin qəzalı vəziyyətə düşməsi barədə rayon Fövqəladə Hallar Komissiyasına müraciət daxil olub. Hazırda komissiya üzvləri həmin əraziyə baxış keçirir".

Baş memar bildirib ki, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmə zonalarına baxış keçirib, dəymiş ziyanla bağlı akt tərtib edilib".


Paylaş:


Müəllif : Tarix:
30-04-2019, 15:55
  


loading...
Загрузка...