reklam
» » Saatlıda 48 yaşlı kişi intihara cəhd edib

reklam

Saatlıda 48 yaşlı kişi intihara cəhd edib


Saatlı rayonunda intihara cəhd hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Mollavaizli kəndində 1971-ci il təvəllüdlü yerli sakin Ələkbərov Pərviz Hərcavan oğlu yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asıb.

Vaxtında bundan xəbər tutan yaxınları ipi boğazından açaraq, onu xilas ediblər. Sonra P.Ələkbərov Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
15-04-2019, 09:16
  


loading...
Загрузка...