reklam
» » Küləkli hava ilə bağlı sərnişinlərə MÜRACİƏT - RƏSMİ

reklam

Küləkli hava ilə bağlı sərnişinlərə MÜRACİƏT - RƏSMİ


Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib.

Bu barədə Lent.az -a BNA-nın mətbuat xidmətindən məlumat verilib. Sərnişinlərdən xahiş edilib ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar:

"Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.
ürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər".

Məlumatda həmçinin qeyd edilib ki, hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik.


Paylaş:


Müəllif : Tarix:
2-12-2019, 10:11
  


loading...
Загрузка...