reklam
» » ŞƏMKİRDƏ DƏHŞƏTLİ QƏZA - Bir ailənin 5 üzvü oldü (Yenilənib)

reklam

ŞƏMKİRDƏ DƏHŞƏTLİ QƏZA - Bir ailənin 5 üzvü oldü (Yenilənib)


Şəmkirdə yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir rayon sakinləri - 2018-ci il təvəllüdlü Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci il təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-cü il təvəllüdlü Orucova Rəsmiyyə Nürəddin qızıdır.

***

Şəmkir - Gədəbəy avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə avtomagisrtalın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir, faktla bağlı araşdırma başlanılıb.


Paylaş:


Müəllif : Tarix:
1-12-2019, 22:38
  


loading...
Загрузка...