reklam
» » Bakıda ana və 2 əkiz övladı dəm qazından zəhərləndi

reklam

Bakıda ana və 2 əkiz övladı dəm qazından zəhərləndi


Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, mənzil 30-da baş verib.

Məlumata görə, dəm qazından boğulma barədə çağırış Təcili Yardım Xidmətinə saat 00:34-də daxil olub. Həmin ünvandan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.


Paylaş:


Müəllif : Tarix:
21-11-2019, 10:03
  


loading...
Загрузка...