reklam
» » Xanımı Elçin Əlibəylini "döyməsindən" DANIŞDI: Ciddi şəkildə...

reklam

Xanımı Elçin Əlibəylini "döyməsindən" DANIŞDI: Ciddi şəkildə...

Tanınmış aparıcı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyüldüyü iddia edilib.
Məşhur teleaparıcının Publika.az-a danışan həyat yoldaşı Dilruba Vaqifzadə xəbərin yalan olduğunu deyib:
"Yalan məlumatdır. Kampaniyadı da qurublar, təbii ki, elə bir şey yoxdur. Boş-boş xəbərlərdir. Bu xəbəri yayanları məhkəməyə verəcəm. Ciddi şəkildə təxribat gedir. Bu qədər qara piar olmaz".
Xatırladaq ki, bu barədə xəbəri Oxu.az yayıb. İddia olunub ki, xəbər onlara hüquq-mühafizə orqanlarından daxil olub.
Qeyd olunub ki, E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.
Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.



Paylaş:


Müəllif : Tarix:
19-11-2019, 17:06
  


loading...
Загрузка...