reklam
» » Qubada evində dibçəkdə narkotik becərən şəxs saxlanılıb

reklam

Qubada evində dibçəkdə narkotik becərən şəxs saxlanılıb


Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də bu cinayət əməllərinə görə üç dəfə həbs olunaraq səkkiz ilə yaxın müddətə məhkumluq həyatı yaşamış rayonun Barlı kənd sakini, 61 yaşlı Fərman Mirişov saxlanılıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri, eləcə də şüşə bankada və sellofan torbada saxlanılan, ümumi çəkisi yarım kiloqrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
19-11-2019, 13:03
  


loading...
Загрузка...