reklam
» » Bakıda azyaşlı oğlana dörd nəfər təcavüz etdi – MƏHKƏMƏ

reklam

Bakıda azyaşlı oğlana dörd nəfər təcavüz etdi – MƏHKƏMƏ


Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlıya qarşı seksual hərəkətlər etməkdə təqsirli bilinən Tərlan Mehtiyev, Müslüm Hüseynov, Bahadur Hacıyev və Elnur Soltanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Regionxeberleri.com Oxu.Az-a istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, Bakıda azyaşlı oğlan dörd nəfər tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalıb. Azyaşlının valideynlərinin məsələdən xəbər tutmasından sonra hüquq-mühafizə orqanlarına müraciət olunub.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərlan Mehtiyev, Müslüm Hüseynov, Bahadur Hacıyev və Elnur Soltanov saxlanılıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlər, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.


Paylaş:


Müəllif : Tarix:
16-11-2019, 16:20
  


loading...
Загрузка...