reklam
» » Göygöldə qəzaya uğrayan avtomobilin sürücüsü qaçıb - TƏFƏRRÜAT

reklam

Göygöldə qəzaya uğrayan avtomobilin sürücüsü qaçıb - TƏFƏRRÜAT


Göygöl rayonunda avtomobilin dərəyə aşması ilə bağlı cinayət işi başlanılıb.

Regionxeberleri.com-un "Report"a istinadən xəbərinə görə, hadisə rayonun Zurnaabad kəndində qeydə alınıb.

Belə ki, sürücü Taleh İsmayılovun idarə etdiyi "VAZ-2121" markalı avtomobil idarəetməni itirib, yolun kənarında olan dərəyə aşıb.

Nəticədə avtomobilin içərisində olan sərnişin - Göygöl rayon sakini, 1996-cı il təvəllüdlü Gülnür Fazil qızı Qocayeva hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb.

T.İsmayılovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə cinayət işi başlanılıb və Göygöl Rayon Polis Şöbəsində istintaq aparılır.


Paylaş:


Müəllif : Tarix:
16-11-2019, 12:08
  


loading...
Загрузка...