reklam
» » Bakıda namus üstündə arvadının boğazını kəsən şəxs yenidən hakim qarşısında

reklam

Bakıda namus üstündə arvadının boğazını kəsən şəxs yenidən hakim qarşısında


Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə ittiham edilən 49 yaşlı Tufan Qurbanovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Regionxeberleri.com Oxu.Az-a istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 19-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu il fevralın 11-də Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində baş verib.

Belə ki, 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.

Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olan 49 yaşlı Tufan qətli namus üstündə törətdiyini deyib. O, xanımının başqa şəxslə əlaqəsinin olduğunu düşünüb

T.Qurbanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.


Paylaş:


Müəllif : Tarix:
11-11-2019, 13:46
  


loading...
Загрузка...