reklam
» » Fəhlələr arasındakı dava qanla bitdi: - SƏBƏB bəlli oldu

reklam

Fəhlələr arasındakı dava qanla bitdi: - SƏBƏB bəlli oldu


Masallıda qətllə bağlı təfərrüatlar bəlli olub.

Regionxeberleri.com-un Lent.az-a istinadən əldə etdiyi məlumata görə, dava edən hər iki fəhlə çəpər qonşusu olublar. Hadisəni törədən Rafiq Gülverdiyev Boradigah qəsəbə sakinidir və 10 ildən artıqdır ki, Şərəfə kəndindən evlənərək burada qalıb. Öldürülən şəxs Bəhruz Quliyev isə Ukrayna vətəndaşı olsa da, əslən Şərəfə kəndindəndir. Hər iki şəxsin spirtli içkiyə meyilli olduğu bildirilir. Yaranan mübahisəyə də sözlərinin çəp gəlməsi səbəb olub.

saat: 23:31

Masallıda fəhlələr arasında yaranmış mübahisə insidentlə nəticələnib.

APA -nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Şərəfə kəndində qeydə alınıb.

Boradigah qəsəbə sakini Rafiq Gülverdiyevin fəhlə kimi çalışdığı evdə iş yoldaşı ilə mübahisə edib. Nəticədə o, mübahisə zamanı əlinə bıçaq götürərək Ukrayna vətəndaşı olan, hazırda Şərəfə kəndində yaşayan 1972-ci il təvəllüdlü Bəhruz Əliheydər oğlu Quliyevin qarın nahiyəsinə bir neçə zərbə endirib və sonra onun boğazını kəsib. Ağır yaralanan B.Quliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Masallı rayon Prokurorluğu araşdırma aparır.


Paylaş:


Müəllif : Tarix:
11-11-2019, 11:42
  


loading...
Загрузка...