reklam
» » Məktəbli qızın başı kəsilib?- RƏSMİ

reklam

Məktəbli qızın başı kəsilib?- RƏSMİ


Başı kəsilən və 8-ci sinif şagirdi olduğu iddia edilən qızın sosial şəbəkədə yayılan videosu hər kəsin hiddətinə səbəb olub. Deyilənə görə, adı naməlum olan yeniyetmə qız hamilə olub və bu səbəbdən Rusiyada yaşayan atasının tapşırığı ilə əmisi tərəfindən başı kəsilib.

Sosial şəbəkədə yayılan məlumatlardan sonra izləyicilərin bəziləri hadisənin Bakıda, bəziləri isə Şəmkirdə baş verdiyini bildiriblər.

Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az -a bildirilib ki, hadisə Bakıda baş verməyib.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan saytımıza Şəmkirdə sözügedən hadisənin qeydə alınmadığı bildirilib.

Daxili İşlər Nazirliyi də sosial şəbəkədə yayılan məlumatları təkzib edib.


Paylaş:


Müəllif : Tarix:
8-11-2019, 15:15
  


loading...
Загрузка...