reklam
» » Azərbaycanda iş adamı «OBA»nın səhvən ödədiyi - 15 MİN MANATI QAYTARMIR

reklam

Azərbaycanda iş adamı «OBA»nın səhvən ödədiyi - 15 MİN MANATI QAYTARMIR


Sumqayıt İnzibati-İqtisadi məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə maraqlı iddia araşdırılıb.

Regionxeberleri.com FED.az-a istinadən xəbər verir ki, məhkəmə «Oba Retail Chain» MMC-nin Rəfail Fərzəliyevə qarşı iddiasına baxıb. İddianın yaranması şəraiti çox qəribədir.

«Oba» satış şirkəti bu şəxsin hesabına səhvən köçürdüyü pulu tələb edir. Məhkəmədə məlum olub ki, cavabdeh şəxs iş adamıdır və bizneslə məşğul olub. Bir qədər əvvəl «Oba» ilə bu şəxslə əməkdaşlıq edib və tərəflər arasıda alqı-satqı həyata keçirilib. Lakin sonradan münasibətlərə xitam verilib və alqı-satqı əməliyyatları aparılmayıb.

Daha sonra «Oba» digər fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Nadirov Teyyub Yaqub oğlu ilə 12 sentyabr 2018-ci il tarixdə əməkdaşlığa başlayıb.

Lakin məhsulun adının və çeşidinin eyni olması səbəbindən Şirkət əməkdaşı tərəfindən 12 sentyabr 2018-ci il tarixdə Nadirov Teyyub Yaqub oğlu ilə bağlanmış müqavilə üzrə növbəti ödəniş edərkən səhvən pulu - 15 642 manatı əvvəlki sahibkarın - Rəfail Fərzəliyevin bank hesabına köçürüblər.

Pulun səhv köçürüldüyünü aşkarlayan «Oba»nın menecmenti bununla bağlı R.Fərzəliyevə dəfələrlə müraciət edərək pulu qaytarmağı tələb etsələr də sahibkar bunu etməyib. İş adamı bu məsələ ilə bağlı məhkəmə prosesinə də qatılmayıb və nümayəndəsini göndərməyib.

Məsələni araşdıran məhkəmənin qərarı ilə R.Fərzəliyev pulu qaytarmalı, üstəlik, 30 manat məhkəmə xərclərini də ödəməlidir.


Paylaş:


Müəllif : Tarix:
22-10-2019, 17:25
  


loading...
Загрузка...