reklam
» » Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb

reklam

Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb


Bu gecə Bakıda növbəti ağır yol-nəqliyyat hadisəsi baş verib.

Regionxeberleri.com “Report”-a istinadən xəbər verir ki, qəza Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Babayev Əli İlyas oğlu və onun 10 yaşlı övladı Babayev İlyas Əli oğlu xəsarət alıb.

Yaralılar təcili yardımın köməkliyi ilə paytaxtın özəl xəstəxanalarından birinə yerləşdirilib.

B. Əliyə kəllə-beyin travması, ayağın kəsilmiş yarası, B. İlyasa isə kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda polis qəzanın təfərrüatlarını araşdırır.


Paylaş:


Müəllif : Tarix:
21-10-2019, 09:33
  


loading...
Загрузка...