reklam
» » Dostunun toyunda silahdan atəş açan azərbaycanlı ilə bağlı qərar verildi

reklam

Dostunun toyunda silahdan atəş açan azərbaycanlı ilə bağlı qərar verildi


Rusiyanın Moskva vilayətinin Puşkin rayonunda dostlarının toy mərasimində üzərində gəzdirdiyi silahdan havaya üç dəfə atəş açan azərbaycanlı Bəxtiyar Əli oğlu İsmayılov barəsində məhkəmə qərar çıxarıb.

Regionxeberleri.com Oxu.Az-a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə o, 50 min rubl (təxminən 1300 AZN - red.) cərimə ödəməli olacaq.

Məlumatlara görə, B.İsmayılov barəsində Kolpin şossesindəki 40 nömrəli evin sakinləri polisə şikayət ediblər. Saxlanılma zamanı onun üzərindən travmatik tapança götürülüb.

Son söz verilən İsmayılov qanunlara riayət edəcəyinə söz verib. Qeyd edilib ki, B.İsmayılov rayondakı mebel sexlərindən birində çalışır.


Paylaş:


Müəllif : Tarix:
17-10-2019, 09:27
  


loading...
Загрузка...