reklam
» » Fəhlə pambıq tayasından yıxıldı, ağır yaralandı

reklam

Fəhlə pambıq tayasından yıxıldı, ağır yaralandı


Bərdə rayonunda fəhlə pambıq tayasından yıxılıb.

Hadisə rayonun Heydər Əliyev prospektində yerləşən Pambıq Zavodunda qeydə alınıb.

Rayon sakini 1985-ci il təvəllüdlü Şəmmədov Siyavuş Cahid oğlu işlədiyi zavodda pambıq tayasından yıxılıb. Başı dəmirə dəyən S. Şəmmədov təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən oğlanın vəziyyəti orta ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
15-10-2019, 14:59
  


loading...
Загрузка...