reklam
» » 5-ci mərtəbədən atılan 20 yaşlı oğlan barədə YENİ XƏBƏR

reklam

5-ci mərtəbədən atılan 20 yaşlı oğlan barədə YENİ XƏBƏR


Pəncərədən atılan gəncin vəziyyəti ağır olaraq qalmaqdadır.
Regionxeberleri.com bildirir ki, bu barədə Lent.az-a 1 saylı şəhər kliniki tibbi mərkəzin cərrahi-reanimasiya şöbəsindən məlumat verilib. Şöbədən verilən məlumata görə, Əzizov Emin Vasif oğlu hələ də evə buraxılmayıb və reanimasiya aparatında vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
9-10-2019, 14:17
  


loading...
Загрузка...