reklam
» » Bakıda Küveyt səfirliyinin avtomobili qəzaya uğrayıb, xəsarət alanlar var

reklam

Bakıda Küveyt səfirliyinin avtomobili qəzaya uğrayıb, xəsarət alanlar var



Bakıda Küveytin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.

Regionxeberleri.com-un "Report"a istinadən xəbərinə görə, hadisə Kövkəb Səfərəliyeva küçəsində baş verib.

1961-ci il təvəllüdlü Mehman Soltanov idarə etdiyi 90 RT 164 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobillə qarşısında hərəkətdə olan 1971-ci il təvəllüdlü Camal Sultanovun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsinə çarpılıb.

Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.

Qəzaya uğrayan "Toyota" Küveyt dövlətinin Azərbaycandakı səfirliyinə məxsus xidməti avtomobildir.


Paylaş:


Müəllif : Tarix:
8-10-2019, 15:24
  


loading...
Загрузка...