reklam
» » Azərbaycanda vəhşicəsinə döyülüb küçəyə atılan gənc qızla bağlı YENİ TƏFƏRRÜAT

reklam

Azərbaycanda vəhşicəsinə döyülüb küçəyə atılan gənc qızla bağlı YENİ TƏFƏRRÜAT


Beyləqanda döyülüb küçəyə atılan 18 yaşlı qız hələ də komadan ayılmayıb.
Regionxeberleri.com bldirir ki, bu barədə Lent.az -a Beyləqan rayon Yuxarı Aran kənd bələdiyyə sədri Əhməd Məmmədov məlumat verib. Bələdiyyə sədrinin verdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı səhər saatlarında ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan hələ də komadan ayıla bilməyib.
Bələdiyyə sədri ərazi inspektoru ilə birgə zərərçəkənə baş çəkdiyini və müalicəsinə dəstək olmaq üçün müəyyən miqdarda pul verdiklərini də bildirib. Verilən məlumatda 18 yaşlı Quliyeva Aygün Mehman qızının subay olduğu qeyd olunub. Hadisənin hansı səbəblə və kim tərəfindən törədildiyi məlum deyil. Hazırda rayon polisi cinayət əməlini törədən şəxslərin axtarışını davam etdirir.
Yuxarı Aran kənd bələdiyyəsindən Lent.az -a o da bildirilib ki, hadisə ilə əlaqədar Bakıdan ambulans gəlsə də, həkimlər onu Bakıya aparmayıblar.
Qeyd edək ki, bu gün səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib. Qadında qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qadın komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
8-10-2019, 15:22
  


loading...
Загрузка...