reklam
» » Bakıda daş karxanasında ölüm hadisəsi baş verib

reklam

Bakıda daş karxanasında ölüm hadisəsi baş verib


Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən daş karxanasında qeydə alınıb.

Daş karxanasında çalışan 1968-ci il təvəllüdlü Yusif Bayramov avtomaşınların giriş-çıxışı üçün nəzərdə tutulan dəmir darvazanı bağlamaq istəyərkən darvaza onun baş və sifət nahiyələrinə dəyib.

Nəticədə, Y. Bayramov aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək-mühafizə qaydalarını pozma, zərərçəkənin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb.


Paylaş:


Müəllif : Tarix:
8-10-2019, 11:25
  


loading...
Загрузка...