reklam
» » Polisləri silahla hədələyib aradan çıxdı - Xızıda İNSİDENT

reklam

Polisləri silahla hədələyib aradan çıxdı - Xızıda İNSİDENT

Sentyabrın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində “VAZ-2109” markalı avtomobil şübhə doğurduğundan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman qəflətən avtomobildən düşən sərnişin üzərində gəzdirdiyi tapança ilə polis əməkdaşlarını hədələyərək aradan çıxmağa müvəffəq olub.

DİN-dən verilən məlumatda deyilir ki, polis əməkdaşları tərəfindən həmin şəxsin Ağagül adlı Giləzi qəsəbə sakini olması müəyyən edilmişdir.

Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı 65 ədəd tapança patronu, 1 ədəd patron darağı, 2 ədəd kabura, qara maska, habelə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanmışdır.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağagül Ağayev Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yaşadığı evin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
23-09-2019, 09:30
  


loading...
Загрузка...