reklam
» » Vəhşicəsinə döyüldü və… - I qrup Qarabağ əlilinin başına gətirilən oyunlar - Foto

reklam

Vəhşicəsinə döyüldü və… - I qrup Qarabağ əlilinin başına gətirilən oyunlar - Foto


2019-cu il 2 avqust tarixində l qrup Qarabağ əlili Faiq Firdovsi oğlu Quliyev işlədiyi daş karxanasından zəhmət haqqını, pulunu tələb edərkən həmin karxananın 3 nəfər işçisi tərəfindən vəhşicəsinə döyülüb. F.Quliyev ciddi bədən xəsarətləri alıb və məhkəmə tibbi-ekspertizasının verdiyi rəydə də göstərilir ki, onun sol döş qəfəsində yeddinci qabırğası sındırılıb”. 
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, Qarabağ qazisi üç şəxs tərəfindən döyülüb.
“Qarabağ əlilini vəhşicəsinə döyənlər İbrahim, Ayaz və Eyvaz adlı şəxslərdir. Bu 3 şəxs törətdikləri cinayəti ört-basdır etmək üçün havadarlarının məsləhəti ilə polisin 102 xidmətinə zəng vuraraq guya F.Quliyevin onları döydüyü barədə əsassız məlumat veriblər. Qarabağ əlili F.Quliyev də ərizə ilə Binəqədi rayon 43-cü polis bölməsinə müraciət edərək döyülməsi ilə bağlı müraciət edib. Lakin təhqiqatçı Sənan Quliyev və rayon prokuroru Nazim İmanov haqlı olaraq pulunu tələb edən, nəticədə isə döyülən Qarabağ əlili F.Quliyevin deyil, onu döyənlərin tərəfində duraraq işi qərəzli şəkildə bir tərəfli qaydada aparıb və zərərçəkmiş F.Quliyev barəsində cinayət işi başlanılıb. Tədqiqatçının F.Quliyevin izahatını almaması, onu məhkəmə tibbi-ekspertizasına göndərməməsi, "materialı 3 gün müddətində rayon prokuroruna göndərməsi, prokurorun da əsassız və yarımçıq "material" əsasında cinayət işi başlatması və hadisənin baş verməsinin 4-cü günü cinayət işinə başlaması sübut edir ki, bu qərəzli və sifarişli işdir. Halbuki təhqiqat müddəti 10 gün, zəruri hallarda isə 20 gündür. Təhqiqatçı və prokuror Qarabağ əlilini döyən şəxslərin havadarlarının tapşırığı ilə 4 gün ərzində cinayət işi açıblar. Hazırda cinayət işi Binəqədi rayon polis idarəsində müstəntiq Ramil Qabulovun icraatındadır.
Birincisi, mövcud qanunvericiliyə görə, əqli cəhətdən zəif olan şəxsə birmənalı olaraq cinayət işi başlana bilməz. Həmin şəxsin xəstəliyi ilə bağlı məlum sənədlər ortada olduğu halda, şəxsin barəsində başlanmış cinayət işinə dərhal xitam verilməlidir. İkincisi, sənədlərdən də göründüyü kimi, l qrup Qarabağ əlili Faiq Quliyevin ruhi sarsıntıları var, ətrafdakıların köməyinə ehtiyacı var və onda mərkəzi sinir sisteminin pozğunluğu müşahidə edilir. Faiq Quliyev bu hala Azərbaycanın ərazi bütövlüyünü qoruyarkən düşüb və tam olaraq sağlamlığını itirib. Amma ağır şəraitdə yaşadığına ehtiyac ucbatından işləməyə məcbur olub. Faiqin bir neçə il bundan öncə 11 yaşlı oğlu da avtoxuliqanların qurbanı olub və faciəli şəkildə həlak olub. F.Quliyev olduqca ağır durumda yaşayır, oğul itkisi, sosial problemlər, xəstəlikləri ilə bağlı dərman almağa pul tapa bilməməsi, məcburiyyətdən fəhlə işləməsi onun xəstəliyinin ağırlıq dərəcəsini və ruhi pozğunluğunu daha da artırıb.
l qrup Qarabağ əlilinin ailə üzvləri qeyri-qanuni şəkildə başlanmış cinayət işinə dərhal xitam verilməsini, onu döyənlərin və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir və Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, Baş Prokuror Zakir Qaralovdan və Daxili İşlər Naziri Vilayət Eyvazovdan xahiş edir ki, Qarabağ əlilinə açılmış qondarma cinayət işinə xitam verilsin və əsl cinayətkarlar olan daş karxanasının Qarabağ əlilini döyən işçiləri dərhal cinayət məsuliyyətinə cəlb edilsin. Eyni zamanda, hər gün işçilərini ölümlə üz-üzə qoyan həmin daş karxananın fəaliyyəti yoxlanılsın”, - deyə həmin məlumatda qeyd olunub.


 


Paylaş:


Müəllif : Tarix:
18-09-2019, 10:42
  


loading...
Загрузка...