reklam
» » Samir Şərifova qarşı ŞOK İDDİA - "4 milyardın hesabını verir..."

reklam

Samir Şərifova qarşı ŞOK İDDİA - "4 milyardın hesabını verir..."


"Maliyyə naziri Samir Şərifov keçən səfər qurtuldu. Amma artıq sürəsi dolub və onun gedişi labüddür" Regionxeberleri.com bildirir ki, bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, həm "MTN işi"ndə və həm də "Beynəlxalq Bank işi"ndə Samir Şərifov dövlət büdcəsinin qarət olunmasında iştirak edən əsas fiqurlardan biri olub, amma...

Mənbənin dia.az-a söylədikləri: "Samir Şərifov dövlətin gərəkən qurumlarına hesabatnə verib. Amma yetərli deyil və bu məsələ qapanmayıb. Bu günlərdə - Cahangie Hacıyevələ bağlı yekun məhkəm qərarı elan olunanda da sözügedən məqama diqqət yetirildi və yenidən Samir Şərifovun məsələsi qabardı".

Mənbə iddia edir ki, hazırda Samir Şərifov Maliyyə Naziri postunda şərti olaraq görünməkdədir: "Təbii ki, maliyyə işlərinə nəzarət onun əlində deyil. Söhbət 4 milyard manatn şübhəli aqibətindən gedir. Belə olan təqdirdə Samir Şərifova nədən etimad göstərilməli idi və o, təkrarən hansısa mövqedə dayanmalı idi. Hazırda vəzifəsini davam etdirməsi də sırf olaraq onun oğurladıqlarının geri qaytarılması üçün tanına müddətlə əlaqədardır. İndi isə vaxt yetişib. Şərifova yaxın günlərdə əlvida deyiləcək".

İddia olunanların ağır ittiham olduğunu nəzərə alaraq maliyyə nazirliyi ilə əlaqə saxlamaq istədik, amma çabalarımız hər səfər olduğu kimi boşuna çıxdı. Yenə də qarşı tərəfi dinləməyə hazırıq...


Paylaş:


Müəllif : Tarix:
12-09-2019, 17:05
  


loading...
Загрузка...