reklam
» » Hicran Şərifov nəyə arxayın olub ciddi qanun pozuntusuna yol verib ? (FOTO)

reklam

Hicran Şərifov nəyə arxayın olub ciddi qanun pozuntusuna yol verib ? (FOTO)



RegionXeberleri.com-a müraciət edən həvəskar güləşçi Yardımlı rayon sakini Turab Əli oğlu Rahibov Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarıışması zamanı baş vermiş qanun pozuntusu barədə məlumat verib.

"21 iyul 2019-cu il tarixdə Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışının ilk günü, Güləş federasiyasının prezidenti Namiq Əliyevin VİP zonadan yarışları izləyərkən Hicran Şərifov gənc güləş hakimi Əli Babayevin akkreditasiya kartını zorakılıqla alaraq qanunu pozaraq arenaya daxil olmuşdu.Bu azmış kimi VİP zona yəni protokol zona daxil olaraq yüksək vəzifəli güləş nümayəndələrinə yaxınlaşıb heç nə baş verməmiş kimi yarışmaya tamaşa etmişdir.Bunu isə heç kəs hiss etməmişdir. Şəkildə göründüyü kimi VİP zonadakıların akkreditasiya kartı qırmızı zolaqlı digərlərinin yəni hakimlərin isə göy zolaqlı olur.
Nəzərə alsaq ki, Hicran Şərifov bu mötəbər yarışlara heç hakim kimidə dəvət almamışdır.O, güləş federasiyasında da heç bir vəzifə sahibi deyil və orada işləmir. Sadəcə olaraq güləş hakimi kimi dəvət alaraq ora gəlib.
Bu cinayət hadisəsini Dovlət Təhlükəsizlik Xidmətinin Anti Terror Idarəsi yoxlamalı və bu cür ciddi qanun pozuntusuna yol verən Hicran Şərifovun barəsində qanunu tədbirlər görməlidir.
Nəzərə almalıyıq ki, Hicran Şərifov daxili işlər orqanlarının və Milli Olimpiya Komitəsinin əməkdaşıdır və qanunu qorumaqdansa, qanunlara düzgün riayət etməkdənsə onu pozmağa üstünlük verir.Hicran Şərifov nəyə arxayın olub ciddi qanun pozuntusuna yol verib ? Mən mətbuat vasitəsi ilə hüquq mühafizə orqanlarına müarciət edib xahiş edirəm bu qanunsuzluq faktını obyektiv araşdırıb Hicran Şərifovun barəsində qanuna müvafiq tədbirlər görəsiniz." 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləri.com 





Paylaş:


Müəllif : Tarix:
22-08-2019, 14:54
  


loading...
Загрузка...