reklam
» » Azərbaycanda deputatın işçiləri məmurları döyüb – Həbslər var

reklam

Azərbaycanda deputatın işçiləri məmurları döyüb – Həbslər var


Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir şok məlumat yayılıb.
Bu haqda məlumatı tanınmış iqtisadçı-ekspert Qulu İbrahimli özünün “Facebook” hesabında paylaşıb.
O, iddia edib ki, millət vəkili İqbal Məmmədova məxsus olan “Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döyüblər:
“İqbal Məmmədov “Relax”a gələn vergi işçilərini döydürüb. O, yoxlamaya gələn vergi işçilərini və köməyə çağırılan polisləri içəri buraxmayıb. Vergi işçilərini kütləvi döyüblər. 
Sanıram ki, dövlət və Vergilər Nazirliyi prinsipial mövqe ortaya qoymalıdır. Cəmiyyət də Vergilər Nazirliyinə güvənir. Ağlım kəsmir ki, hansısa nüfuzlu şəxs İqbal Məmmədovu bu dəfə müdafiə etsin. Həmin adam özünü də yandırar. Vergilər Nazirliyinin yüksək rəhbər şəxsləri və Respublika Prokurorluğunun nümayəndəsi Bakıdan dünən dərhal Lerikə gediblər. Həbslər var. Hadisəni gizlətmək mümkün deyil”.


Paylaş:


Müəllif : Tarix:
18-08-2019, 13:56
  


loading...
Загрузка...