reklam
» » Şəki sakini bürokratiya məngənəsində... - "Bildirdilər ki, get üstündə olan torpaq sahəsini arvadının adına keçir"

reklam

Şəki sakini bürokratiya məngənəsində... - "Bildirdilər ki, get üstündə olan torpaq sahəsini arvadının adına keçir"


Keçən günlərdə Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan və yaşayan Salamov Baba Məmmədiyə oğlunun prezident İlham Əliyevə müraciətini təqdim etmişdik:

BURADAN BAXA BİLƏRSİNİZ...

Regionxeberleri.com DİA.AZ-a istinadən bildirir ki, narazı vətəndaş şikayəti barədə KİV-də məqalələr yer aldıqdan sonra onun Dövlət Məşğulluq Xidmətinə çağrıldığını qeyd edir:

"Şəki DMX-dan məni bayramdan əvvəl dəvət etdilər. Bildirdilər ki, get üstündə olan torpaq sahəsini arvadının adına keçir ( 150 manat ver) sonra baxaraıq.
Məlumat üçün bildirim ki, DMX-dan belə oyunbazlıq mənim kimi çoxlarının başına gətirilir. Belə ki, əvvəl bir sənəd tələb edirlər, sonra digər sənəd tələb olunur. Onu da düzəldib gətirəndə bir bahanə tapıb yenə də digər sənədi gətirməyi tələb edirlər. Və konkret olaraq demək istəyirlər ki, "Ağıllı ol, get kəndindən ünvanlı sosial yardım alan imkanlı şəxslərdən öyrən görə biz hansı nömrəli" sənədi istəyirik onu başa salsınlar. sən də o "nömrəli" səndi hazırla gətir. vəssəlam. İşin düzəlsin.
Odur ki. sizlərdən bir daha xahiş edirəm ki, mənim vəziyyətimi yerində öyrənib, araşdırıb mənə ünvanlı sosial yardımın verilməsində köməklik edəsiniz. Görün Azərbaycanda ikinci bir çoxuşaqlı ailə varmı ki, mənim kimi ağır vəziyyətdə yaşasın".


Paylaş:


Müəllif : Tarix:
17-08-2019, 12:51
  


loading...
Загрузка...