reklam
» » "Qarşıdan qış gəlir, iki uşaqla nə edəcəyimizi bilmirik..." - GİLEY

reklam

"Qarşıdan qış gəlir, iki uşaqla nə edəcəyimizi bilmirik..." - GİLEY


Bu il iyulun 26-da Ağsu rayonu, Kalağaylı kənd sakini İbadət Aydın qızı Qəmbərovaya məxsus olan birmərtəbəli fərdi yaşayış evi tamamilə yanıb. DİA.AZ bildirir ki, İbadət Qəmbərovanın oğlu Radim Qəmbərov açıqlamasında bildirib ki, yanğın günorta saatlarında baş verib. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilsə də, yanğınsöndürənlər vaxtında hadisə yerinə çata bilməyib.

Nəticədə ailəyə iyirmi min manat civarında ziyan dəyib:

“Günorta anam, həyat yoldaşım və iki uşağımla yatıblarmış. Qəfil qızım anamı oyadıb ki, nənə, burnuma tüstü iyi gəlir, boğuluram. Bizdə qara döşəmə yox idi. Kənddə çox adam, tavanı qamış qarğısından edir. Quru qamış qarğısına od düşüb, ev yanmağa başlayıb. Bir də onu görüblər ki, şüşəbənd yanıb, alov digər otağa keçir. Həmin vaxt işdə idim, evdən zəng gəldi, yoldaşım ağlaya-ağlaya dedi ki, evimiz yanır. Tez dostlarıma zəng elədim, gəlib məni götürdülər. Getdim ki, ev tamamilə yanaraq külə dönüb. İçərisindəki bütün əşyalar, sənədlərimiz də yandı. Uşaqlar evdən ayaqyalın qaçmışdılar, “şəpit” nədir onu da çıxara bilmədik. Ev yanmağa başlayan kimi, kənd camaatı Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng ediblər. Yoldaşım telefonla xəbər edəndə ki, ev yanır, mən də tez zəng edib, hadisəylə bağlı xəbər verdim. Yanğından Mühafizə Xidməti bizim kənddən təxminən 7 kilometr aralıdadır. Təsəvvür edin, bizim ev yananda, yanğınsöndürənlər Girdimançaydan su doldururmuşlar. Yən hazır vəziyyətdə olmayıblar”.

Radim Qəmbərov ona dəyən maddi ziyandan daha çox 9 və 7 yaşlarında övladlarının hazırda həyətdə, açıq havada yaşamasından narahatdır:

“Hazırda iki azyaşlı övladım, xəstə anam və həyat yoldaşımla həyətdə yaşayıram. Uşaqları ağcaqanadlar yaman günə qoyub. Açıq havada qurd-quş, ilan, kərtənkələ var. Səhərə kimi yatmıram, ilan olur, əqrəb olur. Ona görə bir az ehtiyat edirəm. Gecələri yatmayıb, uşaqlarıma keşik çəkirəm”.

Radim Qəmbərov deyir ki, bu ilin fevralında baş verən zəlzələ zamanı onların da evi qəzalı vəziyyətə düşübmüş. Bununla bağlı aidiyyatı qurumlara müraciət edib. Fövqəladə Hallar Nazirliyinin Komissiyası evə baxış keçirərək, təmir yazsalar da, sonradan heç bir xəbər-ətər çıxmayıb:

“Yanğından əvvəl evə baxış keçirilib, təmir yazılmışdı. Ağsu rayonunda çox evlərdə, təmir-bərpa işləri aparılır. Amma biz tərəflərə hələ ki, gələn yoxdur. Ona görə də narahatam. Bu yanğından sonra Fövqəladə Hallar Nazirliyində oldum, söz verildi ki, məsələ araşdırılacaq. Dediklərinə görə, evə yanğından sonra təkrar baxış keçiriləcək. Deyiblər ki, hələlik, bizi avqustun əvvəllərində çadırla təmin edəcəklər. Çalışıram ki, nə qədər havalar əlverişlidir, tikinti işlərinə başlasınlar. Qarşıdan qış gəlir, iki uşaqla nə edəcəyimizi bilmirik. Hələlik, uşaqlara bir-iki dəst geyim almışam, sonrasına da Allah kərimdir”.


Paylaş:


Müəllif : Tarix:
1-08-2019, 11:21
  


loading...
Загрузка...