reklam
» » "Sədərək"də kütləvi zəhərlənmə - Nazirlik SƏBƏBİ AÇIQLADI

reklam

"Sədərək"də kütləvi zəhərlənmə - Nazirlik SƏBƏBİ AÇIQLADI


"Sədərək" Ticarət Mərkəzinin "Meyvəli" bazarında kütləvi zəhərlənmə olub.
Regionxeberleri.com bildirir ki, bununla əlaqədar Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10:14-də daxil olub:
"Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) götürüblər. Saat 10:52-də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası həmin 3 nəfəri də KTM-ə gətiriblər. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.
Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırlıqdadır".


Paylaş:


Müəllif : Tarix:
17-07-2019, 15:45
  


loading...
Загрузка...