reklam
» » "13 illik ərimi əlimdən aldı" - müğənni Ayselə ŞOK İTTİHAM

reklam

"13 illik ərimi əlimdən aldı" - müğənni Ayselə ŞOK İTTİHAM


Aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişində müğənni Aysel Əlizadə ilə bağlı şok ittiham səsləndirilib.

Regionxeberleri.com "Qafqazinfo”ya istinadən xəbər verir ki, proqrama çıxan Turanə adlı qadın 13 illik ailəsini Aysel Əlizadənin dağıtdığını iddia edib.

Qadının sözlərinə görə, gənc müğənni dəfələrlə həyat yoldaşı ilə birgə onun evinə gəlib. Hətta Ayselin sürdüyü və mətbuatda bu haqda xəbəri çıxan "Porsche” avtomobilini də keçmiş əri müğənniyə hədiyyə edib.

Turanə bildirib ki, 48 yaşlı əri iş adamıdır, avtosalonu var və tikinti işləri həyata keçirir.

Qeyd edək ki, iki il əvvəl "Qafqazinfo” müğənninin 45 yaşlı sevgilisi ilə bağlı xəbər yaymışdı. Bakıda məşhur avtoqaleriyanın sahibi olan Elçin adlı şəxs, eyni zamanda "Yetim” ləqəbi ilə tanınır. O, Aysel Əlizadəyə son model "Porsche” almaqla yanaşı, xüsusi məna kəsb edən dövlət nömrə nişanı da hədiyyə etmişdi. Belə ki, "90 EA 333” seriyalı nömrədə cütlüyün adlarının baş hərfləri əks olunub.



Paylaş:


Müəllif : Tarix:
14-03-2019, 10:43
  


loading...
Загрузка...