reklam
» » Peterburqda azərbaycanlı və özbəklər arasında kütləvi dava olub

reklam

Peterburqda azərbaycanlı və özbəklər arasında kütləvi dava olub


Sankt-Peterburqun Vıborq rayonunda Yuxarı Suzdal gölü yaxınlığında çimərlikdə kütləvi dava baş verib.

 10-a yaxın insanın iştirakı ilə dava iyunun 20-də saat 22:00 radələrində qeydə alınıb.

Saat 22:12-də insident yerinə gələn hüquq-mühafiz orqanlarının əməkdaşları 23-33 yaşarası 4 Özbəkistan, 31-34 yaşarası 2 Azərbaycan və 1 Rusiya vətəndaşını saxlayıb.

Orta Asiyadan olan 2 nəfər yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə tərəflərdən birinin təhqiramiz ifadələr işlətməsinə görə baş verib.

Bütün şübhəli şəxslər barəsində xuliqanlığa görə protokol tərtib edilərək sərbəst buraxılıblar.


Paylaş:


Müəllif : Tarix:
22-06-2019, 13:28
  


loading...
Загрузка...