reklam
» » Məbəd qalmaqalı: İzlər hara aparır? - TƏHLÜKƏLİ GƏLİŞMƏ

reklam

Məbəd qalmaqalı: İzlər hara aparır? - TƏHLÜKƏLİ GƏLİŞMƏ


Azərbaycan-Gürcüstan sərhədində yerləşən «David Qareci» (Keşikçidağ) monastır kompleksi ətrafında qalmaqal səngimir.

Qeyd edək ki, Gürcüstanın Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili Keşikçidağ monastır kompleksinə gələrək təxribatçı çıxışlar edib. O, üzünü sərhədçilərimizə tutaraq azərbaycanlıları təhqir etməkdən belə çəkinməyib:

"Sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar.Siz Orta Asiyadan gəlibsiniz.Sizin Qafqazla heç bir əlaqəniz yoxdur".

Sonra üzünü jurnalistlərə tutaraq Azərbaycanı “işğalçılıqda” suçlandırıb:

"Bu, Azərbaycanın Gürcüstana açıq-aşkar təcavüzü və işğalıdır. Rusiya bir tərəfdən, Azərbaycan da bir tərəfdən bizə təcavüz edir".

Şalva Natelaşvilinin sözlərinə sabiq Müdafiə naziri İrakli Okruaşvili də dəstək verib. İ. Okruaşvili yazısında qeyd edib ki, əgər Azərbaycan bir problem yaradırsa, onu necə həll etməyin yollarını İvanişviliyə xatırlada bilərlər. Okruaşvili bildirib ki, nazır kimi çalışdığı dövrdə Azərbaycanla hansısa bir məsələdə problem yaranıb. Həmin vaxt Azərbaycanın Daxili İşlər naziri ilə sərhəddə görüşüb. Dediyinə görə, azərbaycanlı nazirə problem Gürcüstanın xeyrinə həll olunmazsa, 500 min azərbaycanlının Qırmızı Körpüdə olacağını, yəni ölkədən çıxarılacağını xatırladıb.

Baş verənlərə Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib.

“Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”, - deyə XİN-nin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, Gürcüstan KİV-ləri yaydığı məlumatda Azərbaycan sərhədçilərinin orta əsrlərə aid David-Qareci mağara kompleksindəki Udabno monastırına gedən yolu açdıqları bildirilib.

Qısa xatırlatma...

Keşikçidağ (həmçinin Qaraca məbədi, David Qareci məbədi) -Azərbaycanın Gürcüstanla sərhədində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədidr. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.

Azərbaycan tarixçilərinin fikrincə, məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanıb, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşüb. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmiş və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir, yəni gürcülər məbədi sonradan özününküləşdirməyə cəhd ediblər.

Sərhəd qalmaqalında Fransa “barmağı”

Yaranan qalmaqalda xarici qüvvələrin də izinin göründüyü iddia edilir. Belə ki, Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvilinin Fransaya bağlılığı heç kimə sirr deyil. Salome Zurabişvili tanınmış gürcü ailəsindəndir. Fransada gürcü siyası mühacir ailəsində doğulan Salome 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib.

Zurabişvili Gürcüstana ilk dəfə 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib. Lakin 2004-cü ilin martında Zurabişvili artıq Prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin Xarici İşlər naziri təyin edilib. Elə həmin vaxt Gürcüstan vətəndaşlığı alan Zurabişvili bununla yanaşı, Fransa vətəndaşlığını da qoruyub saxlayıb. Xarici İşlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. 2005-ci ildə nazirlikdən kənarlaşdırılan xanım Saakaşviliyə müxalifət mövqeyinə keçib. Bütün bunlar Gürcüstanın Cənubi Qafqazda məhz Fransanın maraqlarına uyğun siyasət apardığını deməyə əsas verir.

Maraqlıdır, bu məsələ niyə məhz indi qabardı və əslində, tarix nəyi diktə edir?

“Destruktiv qüvvələrə fürsət vermək olmaz”

“Cümhuriyət” xəbər verir ki, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə məsələnin siyasi maraqlardan qaynaqlandığı qənaətindədir. Z.Məmmədli hesab edir ki, Azərbaycanın mövqeyi haqlıdır:

“Bu, yeni məsələ deyil. Hər iki ölkə bilir ki, bu məbəd ətrafında mübahisəli məsələ var. Azərbaycan-Gürcüstan arasında sərhədlərin müəyyənləşdirilməsində bir sıra, o cümlədən konkret “David Qareci” məbədi ətrafında mübahisəli məsələ var. Onunla bağlı dövlətlərarası görüşlərdə, komissiyalar arasında fikir mübadiləsi aparılırdı. Amma son zamanlar Gürcüstanın müəyyən dairlərində Azərbaycanın milli hissiyatına toxunacaq addımlar atılır. Bütün hallarda bu cür məsələlərin ictimai müstəviyə daşınmasının əleyhinəyəm. Ona görə ki, bu durum hər iki dövlətin əleyhinədir və heç bir halda məsələni həll etmir.

Bölgədə maraqlı olan kifayət qədər destruktiv qüvvə və dövlətlər var. Onlara fürsət tanımaq olmaz. Azərbaycan da, Gürcüstan da etnik separatizmdən əziyyət çəkir. Hazırda kifayət qədər gərgin keçid dövrü yaşanır. Bu dövrdə bu cür bir-birinə güvənməli olan iki dövlət, mədəniyyət arasında gərginlik yaradılması arzuolunan deyil. Ağıllı adamlar bu məsələni qabartmamalıdırlar. Bu məsələ maraqlı dairələrin əlinə düşüb və indiki zamanda bundan spekulyativ istifadə cəhdləri var. Gürcüstanın Avropaya və ya NATO-ya girişini əngəlləyən hadisələrdən biri ola bilər. O cümlədən Azərbaycanın çevrəsinin daralmasına səbəb ola bilər ki, bu da yaxın qonşularımız olan əbədi düşmənlərimizin maraqlarına uyğundur. Azərbaycan-Gürcüstan münasibətlərinin gərginləşməsi birmənalı olaraq Cənubi Qafqazın gələcəyini sual altına qoya bilər. Bu baxımdan, məsələdə siyasi niyyət var. Bu, sadəcə olaraq, hansısa “keşişin” gəlib orada səs-küy salması deyil. Konkret olaraq ərazi Azərbaycanındır və məbədin ziyarət edilməsi prosedurunu birmənalı olaraq Bakı müəyyən edir. Bu məsələnin üzərindən xətt çəkilməsi Azərbaycanın milli maraqlarına təhdiddir. Bu baxımdan, Azərbaycanın mövqeyini doğru hesab edirəm. Gürcüstan tərəfinin siyasətçilərinin isə bu məsələni siyasiləşdirib, təhqiredici bəyanatlar səsləndirməsini doğru saymıram. Ona görə ki, bu, ağıllı adamın təfəkkürü deyil. Ağıllı olmaq hər iki tərəfin borcu və vəzifəsidir. Təklif edirəm ki, bu məsələ diplomatik səviyyədə, tarixçilərin ortaq iştirakı ilə müzakirə olunsun və buna birdəfəlik yekun vurulsun. Siyasilər önə keçərsə, bu məsələni daha da gərginləşdirəcək”.

“Monasrtın qurucusu Suriyadan gəlib”

Tarixçi-alim Kərəm Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, məbədin tarixi və qurucusu haqqında deyilənlər doğru deyil. K.Məmmədli həmin məbədin qurucusunun Suriyadan gəldiyini bildirib:

“Son baş verənlər Pasxa bayramı ilə əlaqədar keşişlərin kobudluğu nəticəsində yaranan insidentdir. Buna nə Azərbaycan, nə də Gürcüstan dövləti səviyyəsində cavab verilib. Əslində, o kilsənin əsasını qoyan adam Suriyadan gəlib.

“Yetim-yetim” deyilən David adına bir adam olub. Çox vaxt qeyri-peşəkarlarlar kilsəni Qurucu Davidin adı ilə bağlayırlar. Ayıbdır, bu boyda savadsızlıq olmaz. Bunu da gürcü tərəfi oxuyub başımıza çıxır. Bu məbədi “Rahib atalar” deyilən bir qrup o vaxt Suriyadan gəlib qurub. Ərazi olaraq təbii ki, Azərbaycana məxsusdur. Dəfələrlə həmin ərazinin delimitasiyası olunub. Sərhədlər də müəyyənləşdirilib. Xoşlayırıq ki, hadisənin mahiyyətini öyrənmədən onun üzərinə hay-küylə gedək. Bu cür adamlar Gürcüstan tərəfdə də, Azərbaycanda da xeyli sayda var. Natelaşvili kimi savadsız adam durub deyir ki, siz Orta Asiyadan gəlmisiniz”.


Paylaş:


Müəllif : Tarix:
1-05-2019, 09:19
  


loading...
Загрузка...