reklam
» » Elmar Vəliyevə sui-qəsdlə bağlı sosial şəbəkədə çağırış edən şəxs məhkəməyə müraciət edib

reklam

Elmar Vəliyevə sui-qəsdlə bağlı sosial şəbəkədə çağırış edən şəxs məhkəməyə müraciət edib

Terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən İlqar Quliyev barəsindəki məhkəmə qərarından kassasiya şikayəti verilib.

ONA-nın xəbərinə görə, cinayət işi hakim Hafiz Nəsibovun icraatında araşdırılacaq. İ. Quliyev barəsində bəraət çıxarılmasını istəyir. Məhkəmənin ilkin baxış iclası yaxın günlərdə keçiriləcək.

İttihama görə, İ.Quliyev 3 iyul 2018-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkədə paylaşım edib. Daha sonra onun barəsində Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə ittiham irəli sürülüb. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Quliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsində İ.Quliyevin apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 9 aya endirilib.
 


Paylaş:


Müəllif : Tarix:
18-04-2019, 10:43
  


loading...
Загрузка...