reklam
» » Məhkəmə Eldar Mahmudovun generalını azadlığa buraxdı - İLGİNC

reklam

Məhkəmə Eldar Mahmudovun generalını azadlığa buraxdı - İLGİNC



Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əks-kəşfiyyat Baş İdarəsinin rəisi olmuş, general-mayor Ədalət Hüseyn oğlu Əsədullayevin barəsində cinayət işi məhkəməsi başa çatıb.

Regionxeberleri.com-un Bakupost.az-a istinadən əldə etdiyi məlumata görə, Hərbi Məhkəmədə Ə. Əsədullayev hökm oxunub. Hökmə əsasən Ə. Əsədullayev şərti cəza verilib və azadlığa çıxıb.

Qeyd edək ki, Ə.Əsədullayev MTN ləğv olunandan sonra sərəncama götürülüb. General ötən il həbs edilib və ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Paylaş:


Müəllif : Tarix:
30-11-2019, 12:36
  


loading...
Загрузка...